Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Moqerini 2 dekabr axşamı saxlanıldıqdan sonra bu gün sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə AGI agentliyi məlumat yayıb.
Federika Moqerini Brüsseldə Avropa İttifaqı qurumlarında korrupsiya, mənimsəmə və digər şübhəli məqamlarla bağlı Belçika polisi tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılmışdı.
Qeyd edək ki, Federika Moqerini 2020-ci ildən bəri Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, polis Aİ-nin diplomatik xidmət korpusuna, Avropa Kollecinə və şəxsi evlərdə axtarış aparıb. Məqsəd Aİ nəzdində fəaliyyət göstərən orqanlarda mənimsəmə və korrupsiya ilə bağlı araşdırmanın aparılmasıdır.
