Aİ Türkiyənin Ukrayna və Rusiya arasında dialoq səylərini alqışladıbackend

Aİ Türkiyənin Ukrayna və Rusiya arasında dialoq səylərini alqışladı

“Avropa Komissiyası rəsmi Ankaranın Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün diplomatik səylərini alqışlayır. NATO üzvü kimi Türkiyə bu məsələdə xüsusi rol oynayır”.

KONKRET.az xəbər verir ki, bunları Avropa İttifaqı nəzdindəki Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sözçüsü, Avropa Komissiyasının nümayəndəsi Piter Stano Türkiyə və Fars körfəzi ölkələrinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı mövqeyini şərh edərkən deyib.

“Biz Türkiyənin mövqeyinin aydın olmasını alqışlayırıq. Ankara bu müharibəni pisləyərək öz mövqeyini açıq şəkildə bəyan etdi”, – Stano Türkiyənin vasitəçilik rolunu da xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*