AKP-nin qurultayı başlayıb: Mühüm qərarlar gözlənilirbackend

AKP-nin qurultayı başlayıb: Mühüm qərarlar gözlənilir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı başlayıb.

KONKRET.az xəbər verir ki, qurultay paytaxt Ankaranın İdman Kompleksində keçirilir.

AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edir.

Qeyd edək ki, Türkiyə liderinin bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.

Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək. Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvlərlə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı, yeni şəxslərin təmsil olunacağı gözlənilir. İdarə Heyətində gənclərin və qadınların sayı da artırılacaq.

Bundan başqa, qurultayda AKP-nin yeni Nizamnaməsi qəbul ediləcək. Eyni zamanda, partiyanın Mərkəzi Aparatında bəzi dəyişikliklərin aparılması, yeni strukturların yaradılması planlaşdırılır. Bu dəyişikliklərin, xüsusən də AKP rəhbərliyinə yeni şəxslərin gətirilməsinin əsas məqsədi partiyanı 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərinə hazırlamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*