Ali Məhkəmədən vəkillərə 500 manat cərimə yazılması ilə bağlı AÇIQLAMAbackend

Ali Məhkəmədən vəkillərə 500 manat cərimə yazılması ilə bağlı AÇIQLAMA

“Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqinə ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil”.

KONKRET.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəyişikliklə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər:

“Bu da əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarısının alınması məqsədini daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*