Tədqiqatçılar il yarım ərzində bir meyiti fotoşəkil və kameraya çəkib izləyiblər.
İnsan cəsədləri ölümdən sonra da hərəkət edə bilir. Bu təəccüblü bir nəticəni ölüm anından bəri keçən vaxtı təyin etmək üçün xüsusi bir üsula əsaslanaraq, cəsədlərin “davranışını” araşdıran Avstraliya elm adamları qrupu bəyan edib.
Eksperiment olaraq bir ölən kişinin cəsədini xüsusi bir qəfəsə yerləşdirib, kiçik bir zaman intervalı ilə şəkil çəkdirən beş kamera quraşdırıиlar. Cəsəd bir il yarım ərzində müşahidə edilib. Alınan video və foto materialları izlədikdən sonra tədqiqatçılar ölən insanın sürüşdüyünü aşkar ediblər. Sonradan cəsəd qollarını yan tərəfə atıb. Bu, patoloqanatomlar tərəfindən belə izah edilib ki, çürümə prosesi vətərə çatdığına görə cəsədin qorxunc “davranışına” səbəb olur.
Leyla ŞİRMƏMMƏDOVA
