Alimlər plastik tullantıları parçalaya bilən qurdlar KƏŞF ETDİbackend

Alimlər plastik tullantıları parçalaya bilən qurdlar KƏŞF ETDİ

 Avstraliyanın Kvinslend Universitetinin tədqiqatçıları polistirol yeyə bilən qurd növü kəşf edib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Zophobas morio” adlandırılan qurdlar polistirol yeyə bilir.

Belə ki, Kimya və Molekulyar Biologiya Elmləri Məktəbindən Dr. Kris Rink və komandası üç həftə ərzində super qurdları polistirol köpüklə bəsləyib və nəticədə qurdların sağ qaldıqlarını müşahidə ediblər.

“Biz aşkar etdik ki, yalnız polistirolla qidalanan super qurdlar nəinki sağ qalıb, hətta cüzi çəki artımı da əldə ediblər. Bu qurdlar polistirolu ağızları ilə parçalayan və sonra bağırsaqlarındakı bakteriyalara qidalandıran təkrar emal edən zavodlara bənzəyir”, – Kris Rink bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*