Qazaxıstanda fövqəladə vəziyyətlə əlaqədar Almatı Beynəlxalq Hava Limanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
KONKRET.az bu barədə Xabar24-ə istinadən xəbər verir.
Məlumata görə aeroportun işi ştat rejimində davam edir. Bununla belə, Aktauya uçuşlar ləğv edilib. Bir sıra başqa şəhərlərə reyslər isə müəyyən müddətə təxirə salınıb.
