Amerika, İsrail və ərəb ölkələri İrana qarşı GİZLİ GÖRÜŞ KEÇİRDİbackend

Amerika, İsrail və ərəb ölkələri İrana qarşı GİZLİ GÖRÜŞ KEÇİRDİ

İran təhlükəsinə qarşı Amerika, İsrail və ərəb ölkələrinin gizli görüşü baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Amerika, İsrail və Yaxın Şərqdəki bir sıra ərəb ölkələri İranın dron və raketləri ilə bağlı irəliləyişlərinə qarşı mübarizə yollarını müzakirə etmək üçün gizli görüş keçirib.

Sözügedən qəzet bu barədə iyunun 26-da amerikalı və digər bölgəsəl mənbələrə istinadən məlumat yayıb. Məlumata əsasən, Amerika rəsmiləri ilə İsrail və regionun bir sıra ərəb ölkələrinin dövlət rəsmiləri arasında mart ayında Misirin Şarm əl-Şeyx şəhərində gizli görüş keçirilib.

Qeyd edək ki, bu, Amerikanın hərbi nəzarəti altında İsrail və ərəb ölkələrindən olan yüksək rütbəli zabitlərin ümumi təhlükə ilə necə mübarizə aparacağını müzakirə etmək üçün bir araya gəldikləri ilk görüş sayılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*