Sam Braunberq sabiq Milli Məclis üzvünün qanunsuz işdən çıxarılmasına münasibət bildirib.
KONKRET.az “AzerTaym.az”-a istinadən xəbər verir ki, Amerikada dini etiqad azdlığı üzrə səfir, diplomat öz tvitter səhifəsində Azərbaycanın sabiq Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsində 20 ilin tərcüməçisi kimi qüsursuz fəaliyyət göstərmiş Rahim Axundovun sabiq MM rəhbərliyi tərəfindən sırf inancına görə işdən kənarlaşdırılmasının yolverilməz olduğunu deyib.
Diplomat Sam Braunberq vurğulayıb ki, insanları sırf imanına, etiqadına görə təqib etmək, onları qulluq və cəmiyyətdəki mövqelərindən təcrid etmək çox böyük ədalətsizlik və qanunsuzluqdur.
Vicdan azadlığı olan ölkələrdə hər kəs sərbəstdir. Dini inancına və qanunlarla qorunan hüquqlarına hörmətlə yanaşılmalıdır.

