Türkiyənin “Anadolu” agentliyinin ispandilli versiyasında Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edilib.
KONKRET.az-ın məlumatına görə, Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandakı siyasi böhranı İrəvanın işğal siyasətinin nəticəsi adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı Ermənistanın münaqişənin növbəti eskalasiyasının qarşısının alınması üçün 10 noyabrda imzalanmış atəşkəs bəyanatına əməl etməli olduğunu bildirib. (oxu.az)
