Anatoli Vasserman: “Paşinyan öldürüləcək”backend

Anatoli Vasserman: "Paşinyan öldürüləcək"

Ermənistanın baş naziri Nikol Paşinyan sürətlə gücünü itirir: bu şərtlərdə onu kimin əvəzləyəcəyini təxmin etmək çətin deyil.

KONKRET.az xəbər verir ki bunu politoloq və məşhur ziyalı Anatoli Vasserman FANa verdiyi müsahibəsində deyib.

Politoloq əmindir ki, hökumət başçısı vəzifəsini tərk edəcəyi təqdirdə onun iki yol qalacaq: “ya xaricə qaçmaq” yada ki, “qəbirə getmək”. Onun fikrincə, ikinci variant daha real görünür: “Soros”un onda bir çox sirri var və yaxalanma riski olanlar ümumiyyətlə məhkəməni görmürlər.

Politoloq baş nazirin xalqın narazılığından gizlənə bilməyəcəyinə inanır: “Serj Sarkisyanın rəhbərliyi altında əvvəlki Ermənistan hökumətini devirmək üçün o, vaxtilə “bir neçə min etirazçı ilə” “televiziyada gözəl bir təsvir” yaratdı. İndi də tarix təkrar olunur.

Paşinyan kreslosunu qorumaq üçün mümkün qədər şiddət tətbiq etməyəcəyini söyləyir. Amma o danışığında çox da səmimi deyil. Vasserman “Bununla belə,onun  təhlükəsizlik güclərindəki bir çox adamlarını ələ verdikdən sonra ətrafındakılar Paşinyanı nə qədər müdafiə edəcəyini  demək çətindir”, – dedi. “Axı o, təhlükəsizlik xidmətinin rəhbərliyindən dörd nəfəri, eləcə də Azərbaycana qarşı hərbi əməliyyatlarda təcrübəsi olan generalların çoxunu vəzifəsindən kənarlaşdırdı. Bununla da Paşinyan onunla ortaq bir keçmişə sahib olan demək olar ki, bütün siyasətçilərdən qurtuldu. Belə bir şəraitdə erməni təhlükəsizlik işçilərindən hər hansı birinin bundan sonra onun əmrlərini yerinə yetirməyə davam edəcəyinə şübhəm çoxdur“.

Politoloq əmindir ki, Ermənistan tezliklə Paşinyandan qurtulacaq. Bu dəfə isə çox guman ki, Paşinyanın son iki ildə bütün hakimiyyət strukturlarından tərəfdarları qovulmuş sabiq baş nazir Sarkisyanın adamları hakimiyyətə gələcək. “Hansı ki, bu insanlar az və ya çox dərəcədə sakitcə hakimiyyətdən getdilər və əlləri soydaşlarının qanına bulaşmadı”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*