“Ankara-Təl-Əviv və Bakı platforması yaradılmalı, İsraildə səfirliyimiz açılmalıdır” – AÇIQLAMAbackend

"Ankara-Təl-Əviv və Bakı platforması yaradılmalı, İsraildə səfirliyimiz açılmalıdır" - AÇIQLAMA

Ötən həftə İsrail Baş naziri Naftali Bennettlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı baş tutdu. Uzun müddət hər iki ölkənin “Mavi Mərmərə” böhranına görə siyasi-diplomatik əlaqələri aşağı səviyyədə idi. Regionda dəyişən geosiyasi şərtlər, hər iki ölkənin əvvəlki əlaqələrinin bərpasını labüd edir”.

Yazarlar Məhəmməd Əsədullazadə

Bu fikirləri KONKRET.az-a açıqlamasında Milli Cəbhə partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Türkiyə və İsrail əlaqələrinin bərpası, üçtərəfli Ankara-Təl-Əviv və Bakı platformasının yaradılması mümkündür: “Türkiyə və İsrail əlaqələrinin bərpası, Azərbaycanın İsraildə səfirliyinin açılmasını labüd edir. Milli Cəbhə partiyası olaraq,  Azərbaycanın İsraildə səfirliyinin açılmasını vacib hesab edirik. İsrailin vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi və iki ölkə xalqları arasındakı dostluq münasibətlərini nəzərə alıb, artıq səfirlik məsələsində konkret addımlar atmalıyıq” – deyə politoloq fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*