Ankarada metronu sel basdı – VİDEObackend

Ankarada metronu sel basdı - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərindəki güclü yağış selə səbəb olub.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, yağan şiddətli yağışdan sonra metronu da su basıb.

Keçiören mahalının Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.

Ankara valisi Vasif Şahin sosial media hesabında güclü yağış səbəbindən bəzi yeraltı keçidlərin nəqliyyata bağlandığını açıqlayıb.

Bu gün günorta saatlarından Türkiyənin paytaxtı Ankaraya yağan güclü yağışlar nəticəsində ictimai iaşə müəssisələrinin və binaların zirzəmilərini, fərdi yaşayış evlərinin həyətlərini su basıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Küçə və parklarda yağışa hazırlıqsız yaxalanan vətəndaşlar bağlı ərazilərdə leysan yağışının dayanmasını gözləyib.

Çankaya rayonunda Yenişehir Qapalı Bazarının qarşısında dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti iflic olub və maşınlar suyun içində sönüb qalıb. Avtomobillərində qalan bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib.

Bildirilir ki, yağışlı hava şəraiti qarşıdakı günlərdə də davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*