Yeni Zelandiya tədqiqat gəmisi “RV Tangaroa” bu il Antarktida sahillərinə 50 günlük səyahətə çıxdı.
Bu yaxınlarda gəmi ekipajı səyahətindən və Antarktidanın dərinliklərindən tapılan materiallardan bəhs etdiyi “Antarktidanın sirləri” sənədli filmini nümayiş etdirib.
Tədqiqatçılar orada çox sayda balıqdan tutmuş osminoqa qədər varlıqlar tapıblar.
3,5 km dərinlikdən 12 vedrə palçıq qaldırılarkən oradan təsadüfən dəniz xiyarına bənzəyən bir canlı aşkar edilib. Elm adamları heç vaxt belə canlılarla rastlaşmayıblar. Hələ hansı növlərə aid olduqlarını bilmirlər. Elm adamları bunu hələ araşdıracaqlar.
