Antitürk mitinqlərə və kürdlərə dəstək verən “Nouvelles d’Arménie” redaksiyası dağıdıldı – FOTObackend

Antitürk mitinqlərə və kürdlərə dəstək verən "Nouvelles d’Arménie" redaksiyası dağıdıldı - FOTO

Fransız dilli “Nouvelles d’Arménie” jurnalının ofisinə hücum edilib.

KONKRET.az Fransanın Ermənistandakı səfirliyinə istinadən xəbər verir ki, hücum oktyabrın 20-nə keçən gecə baş verib.

“Fransanın Ermənistandakı səfirliyi “Nouvelles d’Arménie” jurnalının ofisinə edilən hücumu qəti şəkildə pisləyir. Bu söz azadlığı və respublika dəyərlərinə qarşı ciddi bir hücumdur”, – deyə Ermənistanın Fransadakı səfiri Asmik Tolmajyan bildirib.

Qeyd edək ki, redaksiyanın qapısı sındırılıb, məxfi məlumatların saxlanıldığı bir kamera və üç kompüter oğurlanıb. Redaksiyaya hücumun səbəbi kimi baş redaktor Ara Toranyanın Parisdə keçirilən antitürk aksiyalarında iştirakı və Suriya kürdlərinə dəstək üçün edildiyi deyilir.

Baş redaktor hücuma baxmayaraq, jurnalın yeni sayının işıq üzü görəcəyini söyləyib, çünki redaksiya heyəti bütün məqalələrin ehtiyat nüsxəsini hazırlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*