“Apple” genişlənən “ağıllı” üzük patenti aldı – FOTOLARbackend

“Apple” genişlənən “ağıllı” üzük patenti aldı – FOTOLAR

“Apple”ın genişlənə bilən “ağıllı” halqa dizaynına malik birdən çox patent aldığı ortaya çıxıb.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, gündəlik həyatımızda texnologiya ilə parça birləşdikdə ortaya fərqli şeylər çıxır.

“Apple” isə təxmin edə biləcəyimizdən çox fərqli və geyilə bilən texnologiya üzərində işləyir. Yeni texnologiyanın adı isə genişlənə bilən “ağıllı” üzüklərdir.

Şirkət üzükləri sadəcə “ağıllı” etmək istəmir, eyni zamanda onları genişlətmək üçün də müxtəlif yollar axtarır.

Paylaşılan şəkillərə baxıldıqda üzüklərin alt hissəsindən çıxan genişlətilə bilən hissələrdən ibarətdir. Digərində isə bir-birinin altından çıxan fərqli hissələrin olduğunu görmək olar.

Başqa bir dizaynda isə iki halqadan ibarət olan “ağıllı” üzüyün açıldıqda ekran vəziyyətinə gəldiyi görünür.

Lakin sonuncu dizayna baxdıqda qıvrılmış halda olan iki ayrı ekran qarşımıza çıxır. Bu ekranlar açıldıqda barmaq boyu uzanıb tam bir ekran şəklini alır.

“Ağıllı” üzüklər müxtəlif hərəkət sensorlarına, “Wi-Fi” və “Bluetooth” bağlantılarına, digər cihazlarla əlaqə qura bilmə imkanlarına malik olduğu bildirilir.

Lakin “Apple”ın hazırda “ağıllı” üzükləri istehsal edib bazara təqdim etməsi hələlik mümkün olan bir proses deyil. Əslində “Apple” kimi bir çox böyük şirkətlər patent almaq üçün çoxlu sayda müraciətlər edir və bunların əksəriyyəti həyata keçirilmir. Ona görə də “Apple”dan dəqiq məlumat gəlmədiyi müddət ərzində bu yenilik ancaq xəyaldan ibarət olacaq.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*