Aprel şəhidinin anası: “Ən bəxtəvər günlərimizdən xatirələrdir…” – VİDEOLARbackend

Aprel şəhidinin anası: "Ən bəxtəvər günlərimizdən xatirələrdir..." - VİDEOLAR

Konkret.az saytı olaraq yeni bir layihəyə start veririk. Bu gündən etibarən torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin heç yerdə nümayiş olunmayan maraqlı video və foto görüntülərini saytımızda yerləşdirməklə onları daha da tanıdıb, yad edib və xatirələrdə əbədiləşdirməyə çalışacağıq. Bu məqsədlə bütün şəhidlərimizin dogma və əzizlərindən layihəmizə dəstək olmalarını xahiş edirik.

İlk videolar aprel şəhidi Firdovsi Əliş oğlu Bağızadənin anası Sehranə İbrahimova tərəfindən göndərilib. Videolarda şəhid bacısının nişan mərasimində anası ilə və Son zəngdə sinif yoldaşları ilə birlikdə oynayarkən görüntülənib. “Ən bəxtəvər günlərimizdən xatirələrdir bunlar”, – deyən ana oğlu ilə daim qürur duyduğunu bildirib.

Haşiyə: Firdovsi Əliş oğlu Bağırzadə 1996-cı il Yardımlıda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Şəhid aprelin 9-u Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb. Həmin ilin mayın 18-də Masallı rayonunun Güllütəpə kəndində küçələrin birinə onun adı verilib.

Allah qəni-qəni rəhmət eləsin!

Sevinc PAŞAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*