“Aprel ayında kiyevlilər öz şəhərlərinə qayıda biləcəklər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç Kiyev, Xarkov, Sumı və Çerniqov yaxınlığında hərbi əməliyyatların aktiv mərhələsinin demək olar ki, başa çatdığını deyib. Onun sözlərinə görə, rus hərbçiləri ehtiyat qüvvə cəmləyib hücuma keçməyə çalışsalar da, yenə məğlub olacaqlar:
“Bu, əlavə bir həftədən artıq vaxt apara bilər. Vəziyyət onu göstərir ki, ruslar strateji cəhətdən uduzublar, hərbi əməliyyat baxımından da məğlub olurlar. Düşünürəm ki, aprelin ortaları və ya sonu kiyevlilər vətənə qayıda biləcəklər”, – Arestoviç əlavə edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
