“Apreldə rus ordusu Ukraynanı tərk etmək üçün sazişə imza ata bilər” – Politoloqdan REAL ŞƏRHbackend

“Apreldə rus ordusu Ukraynanı tərk etmək üçün sazişə imza ata bilər” – Politoloqdan REAL ŞƏRH

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç Kiyev, Xarkov, Sumı və Çerniqov yaxınlığında hərbi əməliyyatların aktiv mərhələsinin demək olar ki, başa çatdığını deyib. Onun sözlərinə görə, rus hərbçiləri ehtiyat qüvvə cəmləyib hücuma keçməyə çalışsa da, yenə məğlub olacaq. Müşavir aprelin ortaları və ya sonu kiyevlilərin vətənə qayıda biləcəyini də vurğulayıb. Maraqlıdır, bütün bunlar nə dərəcədə realdır? Aprel ayında sülh müqaviləsi imzalana bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Ukrayna rəsmisinin söylədikləri mümkün ola bilər: “Çünki rus ordusu çox böyük itkilərə məruz qalıb. Bu günlərdə döyüş əməliyyatları bütün istiqamətlərdə dayandırılıb. Ordunun təchizatı və yeni qüvvələrin cəlb edilməsi məsələsi yox dərəcəsindədir. Atəşkəs rejimi ilə bağlı danışıqlar prosesinin dördüncü roundu da başa çatdı. Rusiya prezidenti Vladimir Putin çox aqresivdir və nəyin bahasına olursa-olsun kiçik bir uğura imza atmaq istəyir. Lakin bu mümkün deyil. Çünki ordudakı əhval-ruhiyyə düşkünlüyü, başıpozuqluq, silah-sursat və qida ilə təminatda çatışmazlıq ciddi narazılıq yaradıb. Rus ordusunun resursları bitmək üzrədir. Bəziləri bunun bir neçə günə baş verəcəyini, digərləri isə aprelə qədər çəkəcəyini iddia edir. Hesab edirəm ki, hərbi əməliyyatların aktiv fazası bir neçə günə bitə bilər. Lakin döyüş əməliyyatları zəif formada davam edəcək. Apreldə isə rus ordusunun Ukraynanı tərk etmək üçün sazişə imza atacağını düşünürəm”.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Politoloqun fikrincə aprel ayında kiyevlilərin bir qisminin şəhərə qayıdışı mümkün görünür: “Lakin şəhərlərdə vəziyyət çox pisdir. Kiyevə o qədər aviasiya bombası və raket zərbələri endirilib ki, şəhərin infrastrukturu demək olar tamamilə dağıdılıb. Su, qaz təchizatı və kanalizasiya sistemləri sııradan çıxarılıb. Ola bilsin kişilər Kiyevə geri qayıtsın və bərpa işlərinə start verilsin. Lakin şəhərlərə dönüş bu qədər qısa müddətdə olmayacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*