44 günlük savaşımızdakı qələbəmizdən sonra hələ də Rusiya hərbçilərinin himayəsi altında Xankəndidə sülənən separatçı-terrorçu Araik Arutyunyanın 40 müşaviri, xüsusi tapşırıqlar üzrə səlahiyyətli nümayəndəsi və köməkçiləri var.
KONKRET.az Moderator.az-a istinadla xəbər verir ki, belə bir məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Məlumatda bir çox məsləhətçi, köməkçi və xüsusi nümayəndənin “ərazisi”nin 70%-ni itirmiş rejimin büdcəsi tərəfindən dəstəkləndiyi və könüllü olaraq ictimai əsaslarla işləyənlərin də olduğu qeyd edilir.
“Digər ölkələrlə müqayisə:
Ermənistan baş nazirinin bir baş məsləhətçisi, 5 müşaviri, 6 köməkçisi, Ermənistan prezidentinin 4 müşaviri, 7 köməkçisi var. ABŞ prezidentinin yalnız 8 müşaviri var. Böyük Britaniya baş naziri və Fransa prezidentinin 13 müşaviri və xüsusi tapşırıqlar üzrə müşaviri var. İran prezidentinin cəmi 6 müşaviri, 3 xüsusi köməkçisi, Gürcüstan prezidentinin isə yalnız 5 müşaviri var”, – məlumatda deyilir.

