Qəbələ şəhərində yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, aprelin 5-də saat 15 radələrində Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Araz İbrahimxəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
