Arçrun Ovannisyan etiraf etdi: “Azərbaycan mərkəzdə mövqelərini yaxşılaşdırdı”backend

Arçrun Ovannisyan etiraf etdi: “Azərbaycan mərkəzdə mövqelərini yaxşılaşdırdı”

“Bu gün səhər Azərbaycan Silahlı Qüvvələri, demək olar ki, bütün cəbhə xətti boyunca hücum hərəkətlərini davam etdirdi. Döyüşlərin intensivliyi çox da böyük deyil, lakin Azərbaycan tərəfi aktiv şəkildə hücum edir”.

KONKRET.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arçrun Ovannisyan bu barədə erməni mediasına məlumat verib.

Nazirlik əməkdaşı daha sonra bildirib ki, “Xüsusilə mərkəzi istiqamətdə mövqelərini yaxşılaşdıran Azərbaycan tərəfi erməni mövqelərinə çox sayda top və raket atıb. Eyni zamanda, Martuni (Xocavənd ) şəhəri də atəşə tutulub.

Haşiyə: Əlbəttə, erməni və dünya ictimaiyyətini aldatmağa çalışan Arçrun Ovannisyan feyk məlumatlar yaysa da, sətiraltı məğlubiyyətlərini cəmiyyətə ötürmək məharətinə malikdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*