Məşhur “Ritz-Carlton” otelinin popyular aşpazı, argentinalı Karlos Martin Repetto Moskvada yoxa çıxıb.
KONKRET.az xəbər verir ki, argentinalının keçmiş həyat yoldaşı bununla bağlı həyəcan təbili çalıb. Polis araşdırmaya başlayıb.
Repetto Argentina vətəndaşıdır, lakin uzun müddətdir ki, Moskvada yaşayır. Rusiyada o, birinci dərəcəli aşpaz olub. Bu illər ərzində o, “Radisson Royal Moscow”, “Korston Hotel” və “Ritz-Carlton” kimi elit restoran və otellərin mətbəxlərinə rəhbərlik edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
