Artıq bu ailələr də sosial yardım ala biləcək – Siyahı genişləndirilirbackend

Artıq bu ailələr də sosial yardım ala biləcək - Siyahı genişləndirilir

Azərbaycanda sosial yardım almaq hüququ olan ailələrin siyahısının genişləndirilməsi təklif edilir.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü maddəsinə ( Sosial yardım almaq hüququ olan ailələr) dəyişiklik təklif olunur.

Dəyişikliklə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.

Qanunun mövcud varinatında qeyd edilib ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Amid
    May 11, 2020 - 14:07

    salam aztəminatlı ailəyə 1 ədəd maşının olunmasına icazə verilsə yaxşı olar, niyə sosial alanlar avtobusnan fırlanmalıdıllar? onlara 5 qəpik verilir diyə öz şəxsi maşınları ola bilməzmi

    • Ayka
      May 12, 2020 - 14:29

      Maşının varsa deməli imkanın varki almisanda

  • Ramil
    May 11, 2020 - 14:52

    Yaxşı olar ki, əmək məcəlləsindəki işçilərin sayı ştatların azaldılmasına əmək müqaviləsinə xitam verilməsinidə əlavə edəsiniz. 68 ci maddədə. Çünki burda işçi öz ərizəsilə çəxmır.

  • Leyla
    May 11, 2020 - 16:47

    Mənim iki övladım var. Atasız böyüdürəm heçbir yerdə işləmirəm bu barədə mənə gözəllik edən olmuyub xahiş edirəm məni sosial xidmətdən təyin edin.

  • Həşimov Farid
    May 11, 2020 - 18:41

    Salam ünvanlı yardım almaqa torpaq manə olur adımızda 66 sot torpaq var buna baxmayaraq Atanın qardaşın baçının adında olan torpagında gəliri bizə hesablanır.xayiş edirəm buna aydınlıq gətirəsiniz.

  • VUSALE
    May 11, 2020 - 19:08

    Salam mənim 3 uşağım var. İmkanım yoxdu sosial yardım alsaq yaxşı olar.mende istəyirəm ki uşaqların əziyyət çəkməsin.men özümü ismaylidanam 13 ildi burda yaşayıram mən indi hara müraciət edim xahiş edirəm cavablandrasiz

  • Aynur
    May 11, 2020 - 19:17

    Men 2 ildir ki işsiz kimi meşğulluq idaresinde qeydiyyatdayam. İşim olmadığı üçün sosial yardımda ala bilmirem. Atasız 2 evlad böyüdürem. Xahiş edirem menim kimi işi olmayan tek evlad böyüden analara da yardım edesiniz .

  • Sevda Mürşüdova
    May 11, 2020 - 20:25

    Salam bu sosial yardıma mənimdə ehdiyacım var necə ala bilərəm

  • Sevda Mürşüdova
    May 11, 2020 - 20:28

    3 evlad anasıyam heç bir yerdə işləmirəm.Yoldaşım Qarabağ veteranıdı 80 manat pul alır. dolanışığmız çox çətindi.

  • Şəhla
    May 11, 2020 - 21:05

    Hara baxirsiz ey Emek ve ehalinin sosial mudafiesi nazirleri Azerbaycan guclu dovletdi deyib ozunuzu orda burda az terifleyin.ilk once azerbaycanda yawatdiginiz azteminatli ailelere yardim elivizi uzadin.geleceye esger boyuden ailelelerin evladlarina uwaq pulu verin sora deyek ki he.Azerbaycan bomba yawayir.

  • Terlan
    May 11, 2020 - 22:29

    2 usagim var yoldasimda mende isiziy bir yeden gelirimiz yoxdu xesde anam var pensiyada almir xais edirem bize sosyal yardim ayirasiz

  • Xumar
    May 12, 2020 - 00:15

    Məndə ailə başçısını itirmisem.Iki uşağa 160 manatla dolanırıq . Onlari tək qoyub isleyede bilmirəm.Dovletimizden xaiş edirəm bizə də sosial yardım verilsin

  • Umud
    May 12, 2020 - 00:40

    Bu işlərdən bir iş çıxmaz. Əsl qaydası uşaq puludur. Onda stabil şəkildə hərkəsə öz payı çatar. 2 uşaqi olub 300 manata işləyir hələ bir sosial müavinətdə alanlar var. Ama 3 uşaqla işsiz qalan tek qadin uşaqina baxa bilmir. En gözəli uşaq puludur. Bu qanun sadəcə 3-5 adama pul verməklə qalanlarini çətin vəziyətdə saxlamaqa yariyir

  • Gulname
    May 12, 2020 - 00:40

    Salam mence bu sosil yardımın çox ayilenin ehtiyacı var menimde ehtiyacım var iki uşaq sagliyiram işsizem
    190 manatida mene vermədilər çox sagolsunlar ehtiyaci olana vermiler ehtiyacı olmuyana yaxşı verirler mene sms yolayilarki siz bu olkede yoxsuz men Azərbaycan dayam amma ehh dünya

  • Eltun
    May 12, 2020 - 00:42

    mənim 4 evladım var adım işdə gedir kənd təsərüfatıdı deyə yalnız 3ay işliyirəm adımda 4 hektar torpaq var məndə sosial yardım ala bilmirəm xaiş edirəm mənədə köməklik edərdiniz

  • Aygun
    May 12, 2020 - 01:26

    6uwaq anasiyam yoldawimin adina kohne bir avtomobil var 6uwaqla men avtomobildiz hec yana gede bilmirem bawaqa olkelerde 6uwaqa dovlet ozu mawin verir burda ise deyirler Ada mawin olmasin dovletden 1qepikde almiram 1otaqli evde yawayiriq 8nefer mene duwur ya yox?

  • Huseyn
    May 12, 2020 - 04:28

    Salam men ne qeder mektub yazdim baxanda olmadi iki usagim var 3.4 yasinda gedirsen icraya ancaq deyiller ged isde isdemesen dusmur toxun acdan ne xeberi nece iwdiyimki deyirsenki usaqlarim cox balacadi hec vecdrrinede deyile bele sey olar ancaq haqqsizdiqdi oz haqqimiz olani vermiller 190 m muraciet eledim 1 aydan sonra mesaj geldiki az teminatliliga uygun gelmirsiz gel hele bir yoxla gor gelirem gelmirem hele adimi komputere vuranda bilirsizde niye bele insannarin haqqin vermirsiz evim yox masinim yox isim yox torpagim yox elil anam var onun pensiyasinan dolanniq sagolsunnar onuda kredite cixillar 80 m eve pul gelir o qeder adam esitdimki aldi 190 m hec ehtiyacdarida yox idi her sey duzgun olsaydi bele olmazdi axi 2 usagin neyinki menim usaqlarimin nece ailenin pulun vermediler esl ehtiyaci olannar qaldi qiragda sagolsunnar ehtiyaci olmuyannara verdiler hele sosialida ehtiyaci olmuyannar alir ne bilim Allah islah etsin ne sikayete ne erizeye baxan yoxdu butun gunu yaziram Allah gorur her seyi Rebbim bizim kimi esl ehtiyaci olannara rehm elesin bu Dunyanin Axiretide var unutmuyaq☝️

  • Hokmdar Gurbanov
    May 12, 2020 - 05:34

    Nə Atalı nə Analı böyüdüm. Dövlətə özümü misal çəkərək başqalarını belə böyütməməsini, her bir uşağa diqqət yetirməsini istiyirəm. Onlar sizin oturduğunuz yeri tanımırlar otağınızdan çıxıb onlara qayğı göstərin.

  • İsrafilov rövşən
    May 12, 2020 - 06:34

    Salam dövlət qurumları ƏƏSM fondu mən bir vətəndaş kimi belə düşünürəm Uşaq pulu bərpa olunsun bu ən yaxşı sosial təminatdı Analara böyük dəstək verərsiz keçmis sovetlər birliyində bütün uşaqlı analara uşaq pulu verirdilər Dövlətmizin gələcəyi indi doğulan körpələrdi sabah onların hər biri bir əsgərdi indidən onlara qayğınızı göstərin ki onlar da böyüyəndə vətənini layiqlə şərəflə qorusun Allah dövlətmizi müstəqilliymizi suverenliymizi və ən başlıcası millət olaraq Xalqımızı qorusun Amin

  • Neriman
    May 12, 2020 - 11:43

    Salam ailede 8 neferik tek qeydiyatli isleyirem atam şeker xestesidi adinda 3 sot tormaq var qardasimda islmir hal hazirda birdefelik bir isi yoxdu xais edurem bizede unvanli sosiyal yardim ayrilsin

  • Fexriyye
    May 12, 2020 - 11:44

    Salam ailede 8 neferik tek qeydiyatli isleyirem atam şeker xestesidi adinda 3 sot tormaq var qardasimda islmir hal hazirda birdefelik bir isi yoxdu xais edurem bizede unvanli sosiyal yardim ayrilsin

  • Ilyas
    May 12, 2020 - 13:15

    Salam ayleliyem bir oglum var ikinci sinifde oxuyur maisim 255 manadir atamla yasayiram goresen mene sosial yardim verile bilermi

  • H.Ülkər
    May 12, 2020 - 13:56

    Salam menim de sosial yardima ehtiyacim var üc ovladim var hec bir gelirimiz yoxdur yoldasimda islemir veziyyetimiz cox pisdir

  • Əhmədova Günay
    May 12, 2020 - 14:03

    Salam mən bir qızım var vəziyyətində fisdi heç bir yerdə işləmirəm Nə 190barede heç bir məlumat gəlmədi tək ana kimi yem xayış edirəm mənədə köməy edin

  • Aytən
    May 12, 2020 - 15:30

    Salam mənim 3 övladım var yoldaşım 16ildir şoferdi qaynatama məxsus yük maşını idarə edir sosiyal yardıma müraciyət edirik deyir 200 manat gətir yoldaşıvın adına yalnçı iş yeri düzəldəy yoldaşımın adına geniralni davernis vao davernisi ged ləğv elə gəl sizə sosiyal düzəldəy yoldaşım xəsdədi 4aydır tamam pisdi asdıroxadıroz xəsdəliyinnən əziyət çəmir bir çiyni tərpənmir .bir davernisi ləğv eləsəy bəs yoldaşım bir əllə nə iş görəcəy ki 3 övladın saxlasın kamunalları ödəyə bilmiriy 100 su pulu 30 m işiq 400mqaz oulu yığılıb qalıb gəli kəscəyikdeyib gedillər mən gələcəyin əsgərin böyüdürəm iki uşaq məkdəbə gedir buridə bu il gedəcəy amma heç kimin köməyi olmadan böyüdürəm dövlət köməy eləsin böyüdüm sora alıb aparsında əsgər kimi 8 yaşlı oğlum var 15kilo çəkisi yoxdu xayiş edirəm bir əlac qılasız davernisnən maşın sürənlərə sosial vetilsin hər yerə müraciyət etmişəm pırezidentədə məkdub yazmışam bu işə baxılsın yada sosial ləğv edilsin uşaq pulu təyin edilsin bizi kimi yetim yüsür kasıblar ala bilsin sosiyalı pullular alır pulun basır gedib sosial alır biz sürünürüy

  • ZİLHAM
    May 12, 2020 - 15:38

    Assalamu aleykum 3 övladım var hec yerdə işləmirəm yoldaşımda işləmir adimda hecmə yox sosial yardım nece ala bilərm

  • Zahir
    May 12, 2020 - 15:50

    Menimde 3 uşağım var hec bir yerden gelirim yoxdu menede sosiyal yardim nece ala bilerem

  • Zahir
    May 12, 2020 - 15:52

    Menimde 3 usagim var hec yerde isdemirem hec yerden gelirim yoxdu mende nece duzelde bilerem sosiyal yardim

  • VİDADİ
    May 12, 2020 - 16:06

    Salam.Mənim 2 azyaşli övladim var.İşsiz kimi qeydiyyatdayam.Yoldaşimda işləmir.Mənə sosial düşür?

  • Şıxıyeva Yeganə Murtuz qızı
    May 12, 2020 - 16:57

    3övladım var biri körpədi işləmirəm yolfaşımda işləmir 190m vermədilər davernus var ona görə

  • Xanim
    May 12, 2020 - 18:05

    Salam menim bir oglum var. Hec yerde islemirem men muraciyet etdim dediler ki zaksin var yoldasinin yasadigi yerde qeydiyatda deyilsen. Yoldasimda burda deyil moskvada isleyir karantin olduguna gore orda kirede qalib deyirler ehtibarname gondersin ki ailemi qaynanama ehtibar edirem ondan sonra sosial yardim duzetmek olar orda da yoldasim cole cixa bilmir ki kagiz gondersin poctla men indi nece sosial yardim duzetdire bilerem?

  • Ülkər
    May 12, 2020 - 19:05

    Salam mən də işləmirəm yoldaşımda işləmir evimizdə yoxdur yoldaşımın əmisinin həyətində müvəqqəti yaşayırıq.adimizda da heç bir şey yoxdur.3 uşağım var birinin 8 yaşı,birinin 7,balacamda yaş yarimdi.gorəsən bizə sosial yardım düşür?

  • Zarema
    May 12, 2020 - 19:32

    Salam,mende iwlemirem yoldawimda.Ne evim var,2 uwag anasiyam,balacadilar deye iwliye bilmirem,yoldawimin adina mawin var deye deyiler sosial duwmur indi men nece edim mawini yeyim,ya mawinla uwaglarimi dolandirim.

  • Ruhid
    May 13, 2020 - 07:06

    Darixmayın hamniz alacaqsız men alanda

  • Elcan
    May 13, 2020 - 09:44

    Men 3 aydir yollardayam sosial düzəltdirəm.axırda 11 manat sosial aylrıblar mənə.belə sosial alan olubmu ?

  • Kəmalə Abdullayeva
    May 13, 2020 - 18:26

    Salam, 3 uşaq anasıyam,2 ildir yoldaşım vəfat edib.Uşaqlarım azyaşlıdır,heç yerdə işləmirəm.320 manay sosial müavinət alıram.Çətin dolanıram.Mənə sosial yardım düşürmü?Zəhmət olmasa ,cavablandırardınız.

  • Zakir İslamov
    May 14, 2020 - 16:41

    Salam Mənim Atam Paralic xəstəsidir Anam evdar qadındır heç biri heç yerdə işləmir nədə ki Atamın nə Anamın iş qüvvəsi yoxdur Özüm isə əlilliklə 110 Manat sosial pensiya alıram Yaxşı Mənə deyin görüm 110 Manatla işıq qaz su həmdə Atamın müalicəsi üçün kiridet götürmüşəm bir yandan da 8 baş ailəyik mənə deyin görüm 110 manatla bu qədər kamunal kridet Və ən əsası Xəstə Atama və o cümlədən Bir ailəni necə dolandırmaq olar?gücüm çatmır nədəki heç kimin gücü çatmaz Bunu bilə bilə Nə Atama Nədə Anama 190 manatla bağlı mesaj gəlib ki siz aztəminatlı deyilsiz bu nə haqqdır bu cür haqq olmaz Özümüzdə Azad söz haqqı olan ölkədə yaşayırıq Amma haqqımız olanı Ala bilmirik Yəni bu gün kasıbın göz dikdiyi 190 manatı Atam Və Anamın Haqqı ola ola Ala bilmirlər Zəhmət olmasa Nəzərə Alıb Cavablandırardız

  • Aygün Eyneliyeva
    Mart 16, 2022 - 20:16

    Salam mənim madi cehetden sixintilarim var özüm işsizem iki usaqim var yoldasim gündelik ise çixir oland basqa qazanc yerimiz yoxdu.müraciet edirem ama redd cavabi gəlir.usaqlarimin birin13 birininde 14 yasi var.xahis edirem mənim müracietimə bigane yanasmayasiz.şüvalan qesebesi mayak yolunda yaşayiram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*