Arutyunyanın İrəvana gəlişinin əsas məqsədi – Sarkisyan yolayrıcındabackend

Arutyunyanın İrəvana gəlişinin əsas məqsədi - Sarkisyan yolayrıcında

Ermənistan prezidenti Armen Sarkisyan artıq ikinci gündür ki, Ermənistan silahlı qüvvələri baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifini təsdiq etmir. Fevralın 25-də Ermənistan silahlı qüvvələri baş qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.

KONKRET.az bildirir ki, Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi. Öz növbəsində Paşinyan bu bəyanatı “hərbi çevriliş cəhdi” adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi. Amma konstitusiyaya görə belə qərarları prezident təsdiqləməlidir.

Prezident tələsmir

Bundan əvvəl Ermənistan prezidenti aparatından verilən bəyanatda deyilirdi ki, Armen Sarkisyan baş qərargah rəisinin vəzifədən çıxaırlmasını adi kadr yerdəyişməsi kimi qəbul edə bilməz:

“Dövlət orqanlarının normal fəaliyyət göstərməsi naminə prezident indiyədək vəzifəli şəxslərin təyinatı və ya işdən çıxarılmasına prinsipial etiraz etməyib. Lakin hərbi vəziyyətdə və məlum bəyanatdan sonra silahlı qüvvələrin baş qərargah rəisinin vəzifədən kənarlaşdırılması sadəcə növbəti kadr dəyişikliyi kimi qəbul edilə bilməz…”

Bəyanatda deyilir ki, indiki situasiyada heç kim prezidenti siyasi prosesə qatmağa çalışmamlıdır:

“Prezidentə hər hansı təzyiq yolverilməzdir. Prezident heç vaxt heç bir siyasi qüvvəni dəstəkləməyib və dəstəkləməyəcək. Öz vəzifələrini yerinə yetirən prezident müstəsna olaraq dövlətin və xalqın maraqlarından çıxış edir. Prezident Sarkisyan ölkədə sabitlik mühitinin və dözümlülüyün saxlanmasına xüsusi əhəmiyyət verir”.

Vasitəçilik səyləri

Fevralın 26-da xəbər verilib ki, prezident Armen Sarkisyan ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylər göstərir.

Məlumatda deyilir ki, Sarkisyan artıq Milli Məclisdəki partiya fraksiyalarının üzvləri, baş qərargahın rəisi Onik Qasparyan, habelə “Vətənin xilası” hərəkatının təmsilçiləri ilə görüş keçirib.

Bunların hamısı baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu arada Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan Ermənistanda yaranmış böhranın çözülməsi üçün “vasitəçilik missiyasını” davam etdirir.

Lakin Arutyunyanın konkret olaraq kimlərlə görüşdüyü bildirilmir.

Fevralın 25-də Arayik Arutyunyan baş nazir Nikol Paşinyan və silahlı qüvvələr baş qərargahının rəisi Onik Qasparyanla görüşdüyünü bildirmişdi.

Bu da xəbər verilir ki, Arutyunyanın baş qərargah rəisi ilə görüşündə habelə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru  Nikol Paşinyanda iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*