Aşqabadda imzalanan qaz sazişinin icrasına BAŞLANILDIbackend

Aşqabadda imzalanan qaz sazişinin icrasına BAŞLANILDI

“Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycanın qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq”.

KONKRET.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci deyib.

O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb. “Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*