Astarada qəzada bir ailənin üç üzvü yanaraq öldübackend

Astarada yol qəzası baş verdi, ölənlər var

Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində Astara rayonun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara rayonun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarında dayanan Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iri tonajlı yük avtomobilinin altına girib.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım  Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilasetmə qrupunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*