Ata Abdullayevdən Ombudsmana gözlənilməz sual: “Başıma iş gəlsə, məni qoruyacaqsınız?” — VİDEObackend

Ata Abdullayevdən Ombudsmana gözlənilməz sual: "Başıma iş gəlsə, məni qoruyacaqsınız?" — VİDEO

Tanınmış blogger Ata Abdullayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya həbs edilmə ehtimalı ilə bağlı gözlənilməz sual verib.

KONKRET.az xəbər verir ki, Ata Abdullayev son vaxtlar tənqidi çəkilişlər apardığı məmurlarla bağlı azadlığı üçün təhlükə olması ehtimalını dilə gətirərək, Ombudsman Səbinə Əliyevaya “mən tutulsam, məni müdafiə edəcəksiniz?” sualı ünvanlayıb.

Ata Abdullayev son günlər müxtəlif məmurlarla bağlı tənqidi çəkilişlər etdiyini deyib:

“Ürəyimdə belə hiss var ki, sabah başıma hər hansı iş gəlsə, Ombudsman olaraq Səbinə xanım mənim hüquqlarımı qoruyacaqmı?”.

Ombudsman Səbinə Əliyeva isə bloggerə cavabında bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edən hər kəsin hüquqları müdafiə olunur:

“Azərbaycan Konstitusiyasınınn tələblərinə uyğun olaraq hər kəs bizə müraciət edə bilər. Ölkə Ombudsmanı olaraq biz hər bir müraciəti araşdırırıq”.

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*