“Atamın intiqamını kim alacaq?” – Süleymaninin qızından Ruhaniyə + Videobackend

"Atamın intiqamını kim alacaq?" - Süleymaninin qızından Ruhaniyə - VİDEO

İran Prezidenti Həsən Ruhani ABŞ tərəfindən vurularaq öldürülən general Qasım Süleymaninin vida mərasimi əsnasında onun evinə başsağlığına gedib.

Konkret.az xəbər verir ki, ziyarət vaxtı mərhum generalın qızı olduğu bildirilən gəncin Prezidentə sualı marağa səbəb olub.

Belə ki, adı açıqlanmayan gənc xanım Ruhaninin “Allah sizə səbr versin, cavabsız qalmayacaq” sözlərinə “Atamın intiqamını kim alacaq?” deyə soruşub. Ruhani ona cavabında “Alacağıq, hamısının intiqamını alacağıq, heç narahat olmayın” deyib.

Qeyd edək ki, Qasım Süleymaninin iki qızı və üç oğlu var.

Xatırladaq ki, İran generalı Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hücumu nəticəsində öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*