Atəşə məruz qalan Tərtər sakinləri öz yurdlarını bir an da tərk etmirlərbackend

Atəşə məruz qalan Tərtər sakinləri öz yurdlarını  tərk etmirlər

Ermənistən silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ötən gecə Tərtər rayonunu növbəti dəfə atəşə tutub.

KONKRET.az “Report”-a istinadən  xəbər verir ki, sentyabrın 27-dən oktyabrın 17-dək düşmən tərəfindən rayon ərazisinə ümumilkdə 13 mindən çox top mərmisi atıb. Nəticədə 14 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. Bununla yanaşı, yüzlərlə evə ziyan dəyib, 120-yə yaxın ev və onlarla yardımçı tikili tamamilə dağıdılıb.

Rayon sakinləri bütün bunlara baxmayaraq öz evlərini bir an da tərk etmədən düşmənə meydan oxuyurlar. Onlar bildirirlər ki, doğma ata-baba yurdlarından heç yerə getməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*