Avropa hərbi innovasiyalar mərkəzi yaradılırbackend

Avropa hərbi innovasiyalar mərkəzi yaradılır

Avropa Hərbi İnnovasiya Mərkəzi yaradılır.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında deyib.

O bildirib ki, bu qərar Aİ-nin xarici işlər nazirlərinin iclasında verilib.

Onun sözlərinə görə, məqsəd üzv dövlətlər arasında hərbi sahədə innovasiyalar üzrə əməkdaşlığı asanlaşdırmaq, dəstəkləmək və stimullaşdırmaqdır: “Eyni zamanda, bu gün biz hərbi sahədə maliyyə xərcləri arasında fərqləri müzakirə etdik. Bu gün üzv ölkələr arasında hərbi sahəyə maliyyənin artırılması ilə bağlı istəklilik müşahidə olunur və əlbəttə ki, bu sahədə birgə işləmək vacibdir”.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*