Avropa İttifaqı Bakının Minsk qrupuna “biçdiyi donu” geyinir: Əliyev Brüsseldə hansı böyük irəliləyişə nail oldu?backend

Avropa İttifaqı Bakının Minsk qrupuna “biçdiyi donu” geyinir: Əliyev Brüsseldə hansı böyük irəliləyişə nail oldu?

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü keçirildi. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olundu.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Brüssel görüşününün yekun bəyanatında üç məqam xüsusilə diqqət çəkir:

– ATƏT-in Minsk qrupunun adının çəkilməməsi;

 – Qarabağ ifadəsinin işlədilməməsi;

 – Əsas vurğunun postmünaqişə dövrü üzərində qurulması;

Münaqişənin həllində iştirak etməyən həmsədr ölkələr – ABŞ və Fransa (xüsusilə Paris) Minsk qrupu formatının dirilməsi üzərindən bölgəyə qayıtmaq istəyini gizlətmir. Bu, Bakının, eləcə də bizi dəstəkləyən Ankaranın və bölgəni Qərblə paylaşmaq istəməyən Moskvanın marağına ziddir. Bakı və Moskva Minsk qrupuna postmünaqişə dövrünə dair təklif verir. Humanitar məsələlərin həllində və ikitərfli münasibətlərin qurulmasında iştirak etmək təklif olunub. İki həmsədr ölkə təklifi qəbul etsə belə, bu formatda iştirak postmünaqişə reallığına riskləri özündə saxlayır. Bu baxımdan Əliyev Qərb masasında Rusiyanı deyil, Avropa İttifaqını alternativ olaraq oyuna daxil etməyə nail oldu. Bu o demək deyil ki, iki həmsədr ölkə və Ermənistan Minsk qrupu formatından əl çəkəcək, lakin Aİ-nin prosesə cəlb olunması bu formatın lazımlılığını bir qədər də əhəmiyyətsiz etdi”.

Asif Nərimanlı » Qaynarinfo.az

Asif Nərimanlının sözlərinə görə, bu prosesdə Rusiya da maraqlı tərəfdir: “Ən mühüm məqam isə Aİ-nin timsalında Qərb formatında münaqişənin həll olunmasının qəbul edilməsidir. Qarabağın adı çəkilmir, 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarına istinad edilir, kommunikasiyanın açılmasının vacibliyi vurğulanır, tərəflər sülh sazişinin imzalanmasına çağırılır.Aİ Bakının Minsk qrupuna biçdiyi “donu geyinir” və Ermənistanla Azərbaycan arasında etimadın möhkəmlənməsi istiqamətində işləyir. Bakı münaqişənin bitdiyi reallığının Qərbdə qəbul edilməsində böyük irəliləyişə nail oldu”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*