Avropa İttifaqı Şurası Prezidentinin Gürcüstana səfəri başladıbackend

Avropa İttifaqı Şurası Prezidentinin Gürcüstana səfəri başladı

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana ilk səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Ş.Mişel rəsmi görüşləri sabahdan etibarən keçirəcək.

O, səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Arçil Talakvadze, həmçinin siyasi partiyaların nümayəndələri ilə də görüşəcək.

Aİ-nin ali rəsmisinin Gürcüstana səfəri martın 2-də başa çatacaq. Gürcüstandan sonra o, Ukraynaya yola düşəcək.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*