Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter” hesabında yazıb.
“Bu gün Azərbaycan Prezidenti ilə Ukraynadakı son hadisələr, regional təhlükəsizlik və müharibənin Cənubi Qafqaza təsiri məsələlərini müzakirə etdik”, – deyə o qeyd edib.
O vurğulayıb ki, Aİ sabit, dinc və firavan Cənubi Qafqazı dəstəkləməyə davam edəcək.
