Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları sabah, fevralın 25-də rəsmi şəkildə təsdiqlənəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
“Hazırda texniki qruplar mətnləri yekunlaşdırırlar. Sanksiyalar sabah təsdiqlənəcək. Sanksiyalar Rusiyanın iqtisadiyyatına təsir edəcək. Bu bizim müharibəmiz olmasa da, söhbət bizim təhlükəsizliyimizdən gedir”, – o bildirib. Josep Borrel bu miqyasda müharibəyə uzun müddətdir hazırlıq getdiyini deyib./report/
