Avropa Özbəkistandan əlini üzdü – “Bu, insan azadlığına qəsddir”backend

Avropa Özbəkistandan əlini üzdü - "Bu, insan azadlığına qəsddir"

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda Baş Prokurorluq tərəfindən təqdim olunan Özbəkistanın yeni Cinayət Məcəlləsinin layihəsində yetkin kişilər arasında könüllü cinsi əlaqələrə görə cəza verilməsini nəzərdə tutan maddə saxlanıldı.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu maddəyə görə cinayət törədən şəxsi üç ilə qədər həbs gözləyir.

Bunu Qazaxıstanın cinsi azlıqların problemləri üzrə ixtisaslaşan Kok.Team layihəsinin iştirakçıları fərq ediblər.

Layihə iştirakçıları bunu insan azadlığına qəsd kimi dəyərləndiriblər.

Bundan əvvəl bir çox insan hüquqları təşkilatı, xüsusən də Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı, Orta Asiyada İnsan Hüquqları Dərnəyi, Amnesty International, Freedom House, Norveç Helsinki Komitəsi rəsmi Daşkəndə ünvanlanan anoloji bəyanatla çıxış ediblər.

Özbəkistan rəhbərliyi isə, öz növbəsində, homoseksuallığın ölkənin ənənəvi dəyərlərinə və mədəni normalarına zidd olduğunu bildirib.

Rəsmi açıqlama qeyd olunub ki, ictimaiyyət Cinayət Məcəlləsinin 120-ci maddəsinin normalarını ləğv etməyə hazır olmadığını dəfələrlə bəyan edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*