Avropa Parlamentinin əməkdaşları iş yerində zorakılığa məruz qalır – Anonim sorğubackend

Avropa Parlamentinin əməkdaşları iş yerində zorakılığa məruz qalır – Anonim sorğu

Avropa Parlamentinin 550-dən çox əməkdaşı iş yerində, ən azı, psixoloji zorakılığa məruz qaldıqlarını bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fakt anonim sorğu nəticəsində ortaya çıxıb.

2023-cü ilin iyun-avqust ayları ərzində 1135 insana iş yerində qısnamaya məruz qalıb-qalmamaları barədə sorğu ünvanlanıb. Sorğuda iştirak edənlərin təxminən yarısı (49,6%) psixoloji zorakılığa, 15,5%-i cinsi təcavüzə, 8,1%-i isə fiziki hücumlara məruz qaldıqlarını söyləyib. Bundan başqa, respondentlərin 42,4%-i iş yerində qısnamanın müəyyən formalarının canlı şahidi olub.

Respondentlərin əksəriyyəti “sui-istifadə edənin daha güclü olduğunu”, “inamsızlığın olduğunu”, “nəticələrdən qorxduğunu” və “məlumat vermə prosedurunun aydın olmadığını” əsas gətirərək, bu barədə rəsmi məlumat vermədiklərini söyləyib.

Parlamentdə bu məsələni qaldıranlar isə heç bir tədbir görülmədiyini, iddialarının ciddiyə alınmadığını bildirirlər. Heç kim “kimsə davranışını dəyişdirmək üçün zorakılıq edən şəxslə danışdı” cavabını seçməyib.

Bir çoxları sonradan başqa işə keçirildiklərini, bəziləri isə parlamenti tamamilə tərk etməyə təşviq edildiklərini diqqətə çatdırıblar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*