Avropa Rusiyanın qabağında cəmi bir neçə həftə dözə bilər – Blombergbackend

Avropa Rusiyanın qabağında cəmi bir neçə həftə dözə bilər - Blomberg

Aİ ölkələrinin orduları ABŞ-ın köməyi olmadan cəmi bir neçə həftə Rusiyanın hücumunu dəf edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb:

“Qitənin qoşun, hava hücumundan müdafiə vasitələri ABŞ-ın iştirakı olmadan ən yaxşı halda həftələr ərzində Rusiyanın işğalını dəf etmək iqtidarındadır”.

Agentlik qeyd edir ki, Amerika qoşunlarının Avropadan tam çıxarılması son dərəcə çətin hesab olunur. Lakin ABŞ-ın mövcudluğunun azalması qitənin müdafiə qabiliyyətinə də təsir edəcək.

Avropa rabitə, kəşfiyyat-logistika, eləcə də strateji hərbi liderlik və atəş gücü baxımından ABŞ-dan asılıdır.

Avropanın yenidən silahlanması isə yüz milyardlarla avroya başa gələcək.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*