Avropada təbii qazın qiyməti ARTDIbackend

Avropada təbii qazın qiyməti ARTDI

Avropada qazın qiyməti min kubmetr üçün 970 ABŞ dolları səviyyəsinə çatıb.

KONKRET.az Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 975 ABŞ dolları səviyyəsinədək yüksəlib.

Bununla da, ümumi qiymət artımı 2,6% təşkil edib.

Qiymət dəyişikliyi Rusiyanın “Qazprom” şirkətinin Ukrayna ərazisindən tranzit edilən qazın nominasiyasını azaltması fonunda baş verir. Belə ki, fevralın 1-i Ukrayna ərazisindən 107,7 milyon kubmetr qaz ötürülmüşdüsə, bu göstərici getdikcə azalaraq, fevralın 4-ü 73 milyon kubmetr təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*