Avtomobil təmir sexində yanıb külə döndü – VİDEObackend

Avtomobil təmir sexində yanıb külə döndü - VİDEO

5 ay qabaq təmirə verilən maşın yandırılıb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında Xaçmaz rayonunda baş verib. Rayonun Xaspoladoba kənd sakini Turab Mədinova məxsuz 10-XS-649 dövlət nömrə nişanlı “VAZ 2109” markalı nəqliyyat vasitəsi naməlum səbəbdən yanıb. Yanğın barədə yaxınlıqdakı qonşular FHN-nin Yanğından Mühafizə Xidmətinə məlumat verib. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürüb. Hadisənin baş vermə səbəbi məlum olmasa da, sürücü Turab Mədinov avtomobilin qəsdən yandırıldığını bildirib.

Cəlal Fərzəliyev

 

Bir cavab yazın