Avtomobillərin şüşəsindəki qara nöqtələrin nə işə yaradığını bilirsiniz?backend

Avtomobillərin şüşəsindəki qara nöqtələrin nə işə yaradığını bilirsiniz?

Avtomobilinizin ön şüşəsinin kənarlarındakı xırda qara nöqtələr çoxlarına sadəcə bəzək kimi görünə bilər. Lakin, əslində bu nöqtələr düşündüyümüzdən daha mühüm funksiyalara malikdir.

KONKRET.az xəbər verir ki, sözügedən qara nöqtələr ilk növbədə avtomobilin içərisində temperaturun bərabər şəkildə paylanmasına kömək edir. Beləliklə, ön şüşənin tez bir zamanda buğlanması aradan qalxır və ya buz sürətlə əriyir.

Həmçinin, bu nöqtələr optik problemi azaldır. Belə ki, qara nöqtələr optik sınmanı aradan qaldıraraq sürüş zamanı baxış bucağınızın pozulmasının qarşısını alır. Bu da sürüş təcrübənizin daha təhlükəsiz olmasına səbəb olur.

Bundan əlavə, ön şüşənin çərçivəyə yapışmasını təmin edən poliuretan yapışqan məhz bu nöqtələr sayəsində daha güclü yapışır.

Deməli, bu sadə görkəmli qara nöqtələr yalnız vizual detal deyil, həm təhlükəsizlik, həm də funksionallıq baxımından əvəzedilməzdir.//Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*