Avtoservisdə maşın belə yandı – VİDEObackend

Avtoservisdə maşın belə yandı - VİDEO

Zaqatalada avtomobil təmiri sexi yanıb.

KONKRET.az xəbər verir ki, yanğın Zaqatala rayon Yuxarı Tala kənd ərazisində avtotəmir sexində baş verib.

Yanğın yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları cəlb olunub.

Yanğın zamanı sexin daxilində olan 1971-ci il təvəllüdlü Hüseynov Vaqif Qurban oğluna məxsus “VAZ 21011” markalı minik avtomobil tamamilə yanıb, eyni zamanda Əliyev Elşən Əhməd oğluna məxsus sexin 100k/m  tavan hissəsi qismən yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*