“Ay səni geydirmə…” – Eynulla Fətullayev AzTV sədrini aşağıladı, cavab gecikmədibackend

“Ay səni geydirmə…” - Eynulla Fətullayev AzTV sədrini aşağıladı, cavab gecikmədi

Ölkənin iki kütləvi informasiya vasitəsi – “Haqqin.az” saytı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında qalmaqal yaşanıb.

KONKRET.az xəbər verir ki, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev AzTV sədrinin özünü də, dissertasiyasını da “geydirmə” adlandırıb.

Baş redaktorun həmin postunu olduğu kimi təqdim edirik:

“Deməli, geydirmə AzTV-nin geydirmə sədrinin dissertasiyası da geydirmə imiş. Geydirmənin doktorluq dissertasiyası: “Azərbaycan diasporasının mətbuatı”. Ay səni geydirmə”.

Eynulla Fətullayev bununla da kifayətlənməyib və digər postunda lənət oxuyub: “Ümummilli lənət: Görüm sizi ömrünüzün sonuna kimi AzTV-yə baxasınız!”.

AzTV isə öz növbəsində “Haqqin.az” saytının əməkdaşlarını “cahil” adlandırıb. AzTV Feysbuk səhifəsində paylaşım edərək, sözügedən saytı haqsızlıqda və reketçilikdə günahlandırıb. Səbəb “haqqin.az” saytının “Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir” adlı məqaləsi olub. Telekanal iddia edib ki, nə qədər çalışsalar da, AzTV-nin hansı zorakılığı, nə zaman və harada təbliğ etməsini nəinki əsaslandıra bilməyib, əksinə özlərini gülünc duruma salıblar.

AzTV saytın gülünc duruma düşdüyünü əsaslandırmaq üçün əlavə edib ki, əvvəla, sözügedən telekanal ölkədə ailə-məişət, tərbiyə və milli dəyərləri təbliğ edən əsas kanaldır, ikincisi, yazıda faktiki əksər kanallarda yayımlanan seriallardan fotolar verilsə də, nədənsə, başlığa yalnız AzTV-nin loqosu çıxarılıb.

AzTV-nin müraciətinin son abzası olduqca maraqlıdır: “Əziz həmkarlar, əgər bütün bunları sifariş yox, reytinq naminə edirsinizsə ki, AzTV-nin loqosunu görüb yazını daha çox oxusunlar, gecikmisiniz. Çünki artıq nə AzTV o AzTV-dir, nə də oxucu o oxucudur. Biz dəyişmişik. Siz də dəyişin”.

Belə çıxır ki, oxucular AzTV-nin loqosunu görəndə həmin yazını oxumurlar. Çox maraqlıdır, əgər AzTV-də bunu bilirlərsə, sözün bitdiyi yerdir.//Savash.media

  • Elnur
    Sentyabr 11, 2024 - 09:10

    Aztv her yerde sozun duzunu deyir men hemise onun terefinde olmusam hetttaaaaa hetdaaaa qiraq olkede mitinq olan kimi qeyri serhsiz yazib aztv veriri guya avropa olkesi dagilir qatiga qara deyen Aztv))))

  • GARACHANTA
    Sentyabr 11, 2024 - 23:20

    AZZA TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*