Xalq artisti Aygün Kazımova görünüşündə ciddi dəyişiklik edib.
KONKRET.az xəbər verir ki, müğənni yeni fotolarını şəxsi “Instagram” səhifəsində paylaşıb.
O qara rəngli dekolteli geyimini ağ tüklü üst geyimi ilə tamamlayıb.
Məşhur pop ulduzun fit bədən quruluşu isə diqqətdən kənarda qalmayıb.
Xalq artisti fotolarına “Geri sayım başladı” şərhini əlavə edib.
