Hazırda ABŞ-da müalicə olunan Gənclər və İdman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.
KONKRET.az-ın məlumatına görə, bu barədə Azad Rəhimovun müavini İsmayıl İsmayılov açıqlama verib.
O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır:
“Mən dünən cənab nazirlə danışdım. Səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə Bakıya qayıdacaq”.
