“Azərbaycan Dəmir Yolları” Türkiyənin şirkətini məhkəməyə verdibackend

"Azərbaycan Dəmir Yolları" Türkiyənin şirkətini məhkəməyə verdi

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan nümayəndəliyini məhkəməyə verib.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İddia hakim Ülkər Həsənovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti” Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı şirkətdir.

Bundan başqa, şirkət Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulmasının layihələndirmə və tikinti-quraşdırma işlərini həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*