Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artırbackend

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor böğazından keçid haqqını 2 dəfə artıracaq.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı “Report”a təsdiq edib: “Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarl keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*