Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
KONKRET.az-ın məlumatına görə, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.
08:36
Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final yarışları keçiriləcək.
KONKRET.az xəbər verir ki, çıxışlar saat 12:00-da start götürəcək.
Dünya Kubokunun final günündə idmançılar altı dəst medal uğrunda mübarizə aparacaq (dördü fərdi hərəkətlərdə, ikisi qrup çıxışlarında). Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur: Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Dariya Sorokina yer alıb.
Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını qazanıb.
