Azərbaycan Gürcüstanın ən böyük neft bitumu ixracatçısı oldubackend

Azərbaycan Gürcüstanın ən böyük neft bitumu ixracatçısı oldu

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın neft bitumu idxalının 59,8%-i Azərbaycanın payına düşür.

KONKRET.az  xarici KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan qonşu ölkəyə 54 100 ton neft bitumu ixrac edib.

9 ay ərzində Gürcüstan 90 500 ton neft bitumu idxal edib. Gürcüstana əsas neft bitumu təchizatında 22 200 tonla ikinci yerdə İraq qərarlaşıb, daha sonra 7 600 tonla İran, 3 200 tonla Rusiya, 2 100 tonla Türkiyə yer alıb.

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 416 milyon ABŞ dollar təşkil edib. Sözügedən dövr ərzində Azərbaycanın Gürcüstana ixracı 416 milyon ABŞ dolları olub, idxalı isə 50 milyon ABŞ dolları dəyərində təşkil edib. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*