Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildibackend

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*